
Azərbaycanda hotellərin ulduz manipulyasiyası - ona nəzarət etmək olurmu? - ARAŞDIRMA
Azərbaycanda hotellərin ulduz alması məsələsi son illər turizm sektorunda ən çox müzakirə olunan mövzulardan biridir.
Rəsmi sertifikatlaşdırma sistemi xidmətin keyfiyyətinin ölçülməsi, şəffaflığın təmin edilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bəzən hotellər onlayn platformalarda və reklam materiallarında özlərini rəsmi təsdiqdən fərqli ulduz dərəcəsi ilə təqdim edir. Bu isə həm istehlakçıların hüquqlarının qorunması, həm də ölkəmizin turizm imicinin formalaşması baxımından həssas məsələ kimi qiymətləndirilir. Mövcud vəziyyət rəsmi sertifikatlaşdırma ilə bazar təqdimatı arasında uyğunluğun nə dərəcədə təmin edildiyini və nəzarət mexanizmlərinin effektivliyini yenidən gündəmə gətirir.





